Bahar Muradova: “Azərbaycanın iqtisadi, siyasi və hərbi qüdrəti kifayət edir ki, işğal altında olan torpaqlarımızı azad etsin”
"Neçə illərdir aparılan siyasət, görülən işlər, dünya miqyasında bu problemin həlli ilə bağlı atılan addımlar, Azərbaycan həqiqətlərinin dünyaya yayılmasına şərait yaratsa da, köklü həllinə təsir göstərə bilməyib. Lakin hamımıza bəllidir ki, bu gün Azərbaycanın iqtisadi, siyasi və hərbi qüdrəti kifayət edir ki, işğal altında olan bu rayonlarımızın azad olunması üçün qətiyyətli addımlar atılsın". SİA-nın məlumatına görə, bu fikirləri jurnalistlərə Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.
"Hələ ki, aparılan siyasət münaqişənin sülh yolu ilə həllinə çalışmaqdan ibarətdir. Ümid edirik ki, münaqişənin sülh yolu ilə həlli yolları tükənməyib. Azərbaycan da buna görə bu yolda addımlayır", - deyə vitse-spiker sözlərinə əlavə edib.
Qeyd edək ki, bu gün Azərbaycanın dövlət rəsmiləri, Füzuli və Cəbrayıl rayon icra hakimiyyətlərinin, o cümlədən ölkə ictimaiyyətinin nümayəndələri Füzuli və Cəbrayıl rayonlarının Ermənistan tərəfindən işğal edilməsinin 20 illiyi ilə bağlı Şəhidlər Xiyabanını ziyarət edib. Mərasimdə Azərbaycan ərazilərinin işğalı zamanı şəhid olmuş soydaşlarımız yad edilib, onların ruhuna dualar oxunub. Ziyarət zamanı Şəhidlər Xiyabanındakı Əbədi Məşəl Kompleksinə gül çələngi qoyulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB