"Milli Şura müxalifəti ətalətdə saxlayır"

"Milli Şura müxalifəti ətalətdə saxlayır"

Artıq seçkinin psixoloji abı-havası mexalifəti məst edib. Düşərgədə dünənə qədər Rüstəm İbrahimbəyovun ətəyindən tutub az qala onun adı uğrunda savaş çıxaranlar indi peşimançılıq hisslərini yaşayırlar. Bunu SİA-ya açıqlamasında YAP Siyasi Şurasının üzvü, Partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov bildirib.

"Müxalifət düşərgəsində tez-tələsik ortaya atılmış "Milli Şura" ideyası öz zərərlərini müxalifət üçün yarandığı gündən biruzə verməyə başlamışdı. "İndi isə bu qondarma təşkilat müxalifəti vakkumda saxlayır. Seçkiyə az qalıb, ancaq onlar hələ də vahid namizəd davası aparırlar. Bəlkə də bu qondarma şura olmasaydı buraya zorla cəlb olunmuş müxalif partiya yetkililəri seçki ilə bağlı imzatoplama və digər işlərini görmək imkanı qazanardılar. Amma görünür onlar hələ də heç kəs tərəfində başa düşülməyən bir olayın sonunu gözləyirlər" deyə təşkilat sədri əlavə edib.

A.Hüseynov qondarma Milli Şurasının zərərli və keyfiyyətsiz bir təşkilat olması ilə yanaşı düşərgədəki bundan öncəki təşkilatlar kimi müxalifəti ətalətdə saxladığını da vurğulayıb: "Sadəcə olaraq bir məntiqsizlik yaranıb ki, iddialı-iddialı danışan müxalifət sözçüləri "milli şura" sanki bir tələyə düşüblər özləri də anlamadan".

Bütün xəbərlər Facebook səhifəmizdə