Nursultan Nazarbayev Şuranın hazırkı və gələcək fəaliyyəti barədə danışıb
"Bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasını tanınmış təşkilata çevrilir və iqtisadi, nəqliyyat sahəsində əməkdaşlıq üçün şərait yaradır". SİA-nın mumatına görə, Qazaxıstan prezidenti Nursultan Nazarbayev Qəbələ şəhərində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısında çıxışı zamanı belə deyib. Qazaxıstan Prezidenti bildirib ki, bu türk dünyası adı altında yeni trenddir.
Nursultan Nazarbayev çıxışında Şuranın hazırkı və gələcək fəaliyyəti barədə fikirlərini bölüşüb: "Şuranın nüfuzunun artırılması məqsədilə onun təşkilat kimi institusional əsasının formalaşmasında səylər göstərmək, bunun üçün də bir neçə əsas sənədlərin ratifikasiyasını tezləşdirmək lazımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB