Vladimir Putin: ““Rusiya və Azərbaycan arasında mal dövriyyəsi rekord templə artır”
"Rusiya və Azərbaycan arasında mal dövriyyəsi rekord templə artır". SİA-nın "İnterfaks" agentliyinə istinadən verdiyi xəbərə görə, bu sözləri RF prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşündə deyib.
Rusiya prezidenti bildirib ki, dünya iqtisadiyyatında yaranmış ümumi mürəkkəb vəziyyətə baxmayaraq, ölkələrimiz arasında münasibətlər son dərəcə uğurla inkişaf edir: "Ötən il mal dövriyyəmiz 47% təşkil edib ki, bu da bizim üçün rekord göstəricidir. Rusiya Azərbaycanla ticari-iqtisadi əlaqələrdə liderlərdən biri olaraq qalır. Həm Azərbaycan, həm də Rusiya tərəfdən mal dövriyyəsinin strukturunun qənaətbəxş olması xüsusilə məmnunluq doğurur".
O əlavə edib ki, iki ölkə arasında əlaqələr bir çox istiqamətlər üzrə inkişaf edir və şaxəli xarakter daşıyır.
Azərbaycan Prezidenti İlham Əliyev Vladimir Putinin səfərinin iki ölkənin münasibətlərinə əlavə təkan verəcəyindən əminliyini ifadə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB