Ölkə başçısı Benin Respublikasının prezidentini təbrik edib

Ölkə başçısı Benin Respublikasının prezidentini təbrik edib

Ölkə başçısı Benin Respublikasının prezidenti Boni Yayiyə təbrik məktubu göndərib. SİA-nın məlumatına görə təbrik məktubunda deyilir:

Hörmətli cənab Prezident,

Benin Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı Azərbaycan xalqı adından və öz adımdan səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Benin arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Benin xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Bütün xəbərlər Facebook səhifəmizdə