“Bakı-Tiflis-Qars layihəsi iqtisadi əməkdaşlığın inkişafında mühüm rol oynayır”
"Xəzər qazının Avropaya nəqli üçün TAP layihəsinin seçilməsi Gürcüstan iqtisadiyyatına təqribən 2 milyard dollar investisiya yatırılmasına və yeni iş yerlərinin açılmasına səbəb olacaq". SİA-nın məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze deyib.
T.Şaraşenidzenin sözlərinə görə, Bakı-Tiflis-Qars layihəsi də iqtisadi əməkdaşlığın inkişafında mühüm rol oynayır: "Azərbaycan iş adamları artıq Gürcüstan iqtisadiyyatına 210 milyon dollar investisiya yatırıblar. Bunun nəticəsində minlərlə yeni iş yerləri yaradılıb".
Səfir sözlərinə əlavə edib ki, Azərbaycanla münasibətlərin dərinləşdirməsi Gürcüstan üçün prioritet məsələdir: "Ərazi bütövlüyü və regionun iqtisadi inkişafı kimi ümumi çağırışlar hər iki hökumət üçün əhəmiyyətlidir"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB