Elman Araslıya Prezidentin fərdi təqaüd verildi

Elman Araslıya Prezidentin fərdi təqaüd verildi

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının xarici əlaqələrinin inkişafında xidmətlərinə görə Elman Həmid oğlu Araslıya Prezidentin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. SİA-nın məlumatına görə, sərəncamda bildirilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

Azərbaycan Respublikasının xarici əlaqələrinin inkişafında xidmətlərinə görə Elman Həmid oğlu Araslıya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".

Bütün xəbərlər Facebook səhifəmizdə