Yeni avtomobil körpüsünün tikintisi ilə bağlı məsələlər müzakirə olunub
Bu gün Azərbaycan-Rusiya sərhədində (Samur sərhəd keçid məntəqəsində) nəqliyyat naziri Ziya Məmmədovla Rusiya Federasiyasının nəqliyyat naziri Maksim Sokolov arasında nümayəndə heyətlərinin iştirakı ilə görüş keçirilib. Nəqliyyat Nazirliyinin aparat rəhbəri Cavid Nəcəfovun SİA-ya verdiyi məlumata görə, görüşdə hər iki tərəfin aidiyyatı dövlət qurumlarının nümayəndələri iştirak ediblər: "Görüşdə Samur sərhəd keçid məntəqəsinin Samur çayı üzərində yeni avtomobil körpüsünün tikintisi ilə bağlı məsələlər müzakirə olunub. Bununla belə, yeni körpünün tikintisi ilə bağlı mövcud körpünün təmiri məsələləri ətrafında fikir mübadiləsi aparılıb və müvafiq razılaşmalar əldə edilib. Qərara alınıb ki, tikintinin həyata keçirilməsi ilə bağlı hökümətlərarası saziş və prosedur mərhələsində olan məsələlər sürətləndirilsin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB