Niyaməddin Orduxanlı: “Milli Şura” gözlənildiyindən də tez dağılacaq” AÇIQLAMA
""Milli Şura"ya xaricdən hər hansı bir dəstək yoxdur. Onların apardığı təbliğat sabun köpüyündən başqa bir şey deyil". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı deyib.
N.Orduxanlının sözlərinə görə, "Milli Şura"nın xarici ölkələrə səfərləri görüntü xarakteri daşıyır: "Əvvəlcə görüntü yaratmaq üçün təbliğat aparırdılar ki, guya "Milli Şura"nı Rusiya dəstəkləyir. Rusiyanın bu qüvvələrə əhəmiyyət verməməsindən sonra, indi Amerika sərgüzəştləri kampaniyasına başlayıblar. Bütün bunlar bir daha onu göstərir ki, bu qüvvələr hakmiyyətə gəlmək üçün özlərinə xaricdən dəstək axtarırlar. İndiyədək bu adamlardan biri bildirməyib ki, biz xalqdan dəstək alacağıq".
"Bu gün "Milli Şura" daxilində baş verən hadisələr onu göstərir ki, bu qurum gözlənildiyindən tez dağılmağa başlayıb. "Milli Şura" da təmsil olunan müsavatçılarla Əli Kərimli tərəfdarları açıq formada bir-birilərini təhqir edirlər. İsa Qəmbər rəsmi şəkildə bəyan edir ki, "əxlaqsızlığa son qoyun". Bu mesaj isə birbaşa Əli Kərimliyə ünvanlanıb. Ari Hacılı isə sosial şəbəkədə Əli Kərimlinin tərfədarlarının adını çəkir, Müsavat partiyasına və ona qarşı olan təhqirləri yığışdırılmasına səsləyir. Yəni münasibətlər elə bir formaya çatıb ki. hər gün qarşılıqlı təhqirlərlə üzləşirlər. Bu da onu göstərir ki, çox yaxın vaxtlarda "Milli Şura" adlandırılan qurum tamamilə dağılacaq", -Orduxanlı sözlərinə əlavə edib.
N.Orduxanlı vurğulayıb ki, 75 yaşlı qoca Rüstəm İbrahimbəyovun indiyə kimi siyasətlə məşğul olmaması onun çoz zəif xarakterli olduğunu göstərir: "Bu adam bu gün mətbuata verdiyi müsahibəni sabah təkzib edir. Görünür, onun yaddaşında ciddi problemleri var. Bu, yaş dövrü ilə də bağlı ola bilər. Bu faktı İsa Qəmbərin özü də dəfələrlə qeyd edib. İsa Qəmbərin sözlərinə görə, əvvəlcə Rüstəm İbrahimbəyov mətbuata açıqlamasında onun namizədliyi qeydə alınmasa, Müsavat başqanını dəstəkləyəcəyini bildirib. Bir gün sonra isə İbrahimbəyov bu bəyanatından imtina etdi ki, "Milli Şura"nın ikinci namizədi ola bilməz. Bu faktın özü göstərir ki, "Milli Şura" seçkiyə vahid komanda şəklində qatıla bilməyəcək. Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınmasa, Əli Kərimli heç bir halda İsa Qəmbəri dəstəkləməyəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB