YAP Şəmkir rayon təşkilatı Ulu Öndərin Azərbaycanda ilk dəfə hakimiyyətə gəlməsinin 44-cü ilini qeyd edib
14 iyul 1969-cu ildə Ümummilli lider Heydər Əliyevin Azərbaycanda ilk dəfə hakimiyyətə gəlməsi münasibətilə Şəmkir rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatının birgə təşkilatçılığı ilə geniş tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbir iştirakçıları ilk öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə əklil və tər gül dəstələri qoyublar, Ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev bildirib ki, qırx dörd (44) il bundan əvvəl, 1969-cu ilin iyulunda Sovet Azərbaycanının tarixində gələcək müstəqil Azərbaycanın tarixinə hesablanmış böyük və misilsiz bir hadisə baş verib. Bütün ömrünü Azərbaycan adlı bir məmləkətin varlığına bağlamış, taleyi Azərbaycan adı ilə qoşa yazılmış xalqımızın xilaskar oğlu, dünyanın ən böyük siyasətçilərindən biri olan Heydər Əliyev ilk dəfə Azərbaycana rəhbərlik etməyə başlayıb.
F.Vəliyev qeyd edib ki, Ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 44-cü ildönümünü qeyd edirik: "Ulu öndərin 1969-cu il 14 iyulda Azərbaycanda rəhbərliyə gəlməsi Azərbaycanın yeni tarixinin dönüş mərhələsinin başlanğıcı idi. Həmin dövrdə Heydər Əliyevin siyasi rəhbərliyə gəlişinin əhəmiyyəti, Azərbaycanın sonrakı mərhələdə əldə etdiyi uğurları öncə Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəlişinə qədər ki, vəziyyətə nəzər salmaq lazımdır. Hər bir hadisədə nailiyyəti, mənanı anlamaq üçün mütləq müqayisə aparmaq lazımdır. Heydər Əliyev və müstəqil Azərbaycan. Bunlar biri-birinə bağlı olan məsələlərdir. Biz Heydər Əliyevin siyasətindən danışanda müstəqil Azərbaycanın quruculuğunu aydın şəkildə görürük. Müstəqil Azərbaycanın Konstitusiyası Heydər Əliyevin şah əsəri olaraq Azərbaycan dövlətinin iqtisadi-siyasi əsaslarının müəyyənləşdiricisidir. Azərbaycan dövlətçiliyinin söykəndiyi təməl prinsiplər Heydər Əliyev tərəfindən yaradılıb".
Sonra çıxış edən Şəmkir rayon Təhsil şöbəsinin müdiri, YAP Şəmkir rayon təşkilatı sədrinin müavini Məcid Şıxlıniski bildirib ki, 1969-cı ildə Ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəldiyi dövrdə həm SSRİ-i məkanında, həm Azərbaycanda sosial, iqtisadi, siyasi, mədəni və ictimai həyata nəzər salsaq, Azərbaycanın o dövrdə bir respublika kimi SSRİ-nin müttəfiq bir respublikası kimi iqtisadi baxımdan ittifaq miqyasında digər respublikalardan geri qaldığını görərik: " İstər kənd təsərrüfatının istehsalı, istər sənaye məhsulu istehsalı baxımından müqayisəli şəkildə baxdıqda, Azərbaycanın inkişaf etmədiyini görürük. Azərbaycanın iqtisadi baxımdan inkişafdan geridə qalması müşahidə olunurdu.
Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan qısa zaman kəsiyində ittifaq miqyasında iqtisadi baxımdan özünü təmin etməyə qadir olan respublikalar sırasına daxil oldu. SSRİ dağılmaq ərəfəsində bir neçə müttəfiq respublika iqtisadi baxımdan özünü təmin edə bilərdi. Bunlardan biri Rusiya Federasiyası, Ukrayna, digəri isə Azərbaycan idi. Qalan Respublikalar İttifaq büdcəsi hesabına yaşayırdılar. İttifaq büdcəsindən əlavə vəsaitlər alırdılar, halbuki Azərbaycan özü-özünü maliyyələşdirmək imkanına malik idi. Bütün bunlar da Ulu öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə yaradılmış iqtisadi potensial, sonrakı mərhələlərdə müstəqillik illərində Azərbaycan üçün çox əhəmiyyətli bir rol oynadı. Ulu öndər Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətdə olduğu birinci dövrdə gələcək müstəqil Azərbaycanın iqtisadi, sosial, mənəvi və psixoloji bazasını yaratdı. Hakimiyyəti illərində Heydər Əliyevin həyata keçirdiyi daxili siyasət sayəsində Azərbaycanda milli özünüdərk, milli özünəqayıdış, milli vətənpərvərliyin gücləndirilməsi baxımından əhəmiyyətli addımlar atıldı".
Tədbirdə daha sonra Şəmkir rayon Səhiyyə şöbəsinin baş həkimi, YAP Şəmkir rayon təşkilatı sədrinin müavini Nurəddin Əhmədov, Mərkəzləşdirilmiş Kitabxana sistemi Şəmkir rayon şöbəsinin direktoru Sahibə Əmiraslanova çıxış ediblər.
Çıxış edənlər bildiriblər ki, Cənab Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirir və bu siyasi kursa əsasən ölkəmiz yüksək səviyyədə inkişaf edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB