Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında AMEA-nın gənc alimlərinin ümumi yığıncağı keçirilib. SİA-nın nəlumatına görə, tədbirdə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənov, AMEA-nın prezidenti, akademik Akif Əlizadə, AMEA-nın gənclərin intellektual inkişaf mərkəzinin direktoru İlqar Orucov və gənc alimlər iştirak ediblər.
AMEA-nın gənc alimlərinin son 5 ildə əldə etdikləri uğur və nailiyyətlərindən danışan İlqar Orucov deyib ki, gənc alimlər Azərbaycanda və xaricdə mötəbər konfrans, seminar və layihələrdə iştirak ediblər: "Onların məqalələri yüksək impakt faktorlu jurnallarda dərc olunub. Elm siyasəti haqqında qanunun zəruriliyi bu gün özünü doğruldur. Bu sənəd gənc alimlərin sosial problemlərinin həlli, o cümlədən fəlsəfə, elm doktoru dərəcələrinə görə verilən əlavə vəsait məbləğinin, həmçinin ekspedisiyalara ayrılan maliyyənin artırılmasına müsbət təsir göstərəcək.
Mənzil təminatının da aktual problemlərdən biri olduğunu deyən İlqar Orucov sözlərinə əlavə edib ki, elmi dərəcəsi olan şəxslər güzəştli ipoteka krediti almaq imkanından lazımınca yararlana bilmirlər: "Prezidentin ehtiyat fondundan vəsait ayrılması alimlər üçün çoxmənzilli binanın tikilməsi probleminin həllində yardımçı ola bilər".
AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki, Azərbaycanda modernləşmə istiqamətində həyata keçirilən ardıcıl siyasət özünün yeni intellektual səviyyəsinə qalxıb: "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında intellektual sərvətin qorunması işində ölkə gəncliyinin üzərinə böyük vəzifələr qoyulur. Bu vəzifələrin həyata keçirilməsi gənclərin innovativ fəallığının yüksədilməsini tələb edir. Gənclər beynəlxalq elmi əməkdaşlıqlarını genişləndirmək və dünya elminə inteqrasiya etmək üçün informasiya-kommunikasiya texnologiyaları sahəsindəki biliklərini və xarici dil qabiliyyətlərini də artırmalıdırlar. Onlar dünyanın qabaqcıl elm mərkəzlərinə ezamiyyətlərə göndərilməli, əvəzində dünyanın qabaqcıl biliklərini Azərbaycana gətirməlidirlər".
Hazırda tədbir davam edir.
Sonda bu il keçiriləcək Prezident seçkilərində ölkə başçısı İlham Əliyevin namizədliyini dəstəkləmək barədə gənc alimlər adından bəyanat layihəsi, həmçinin ümumi yığıncaqla bağlı qərar layihəsinin oxunaraq qəbul olunması gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB