Məlahət İbrahimqızı: "Xalqa söykənməyən radikal müxalifət məğlubiyyətə məhkumdur"

Məlahət İbrahimqızı: "Xalqa söykənməyən radikal müxalifət məğlubiyyətə məhkumdur"

Gənclər üçün təcrübə və bilik mənbəyi olan "Gənc liderlər-gənc siyasətçilər" "Yay məktəbi" II Oğuz turunun ikinci günündə YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı Oğuz gəncləri ilə görüşüb. SİA-nın xəbərinə görə, görüşdə YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, "Gənc liderlər-gənc siyasətçilər" "Yay məktəbi" II Oğuz turunun iştirakçıları və Oğuz rayonunun fəal gəncləri iştirak edib.

Görüş zamanı millət vəkili Məlahət İbrahimqızı gənclərlə fikirlərini bölüşərək Azərbaycanın əldə etdiyi uğurlarına görə dünya birliyində nüfuzlu yer tutduğunu bildirib.

Millət vəkili çıxışı zamanı Azərbaycanda hasısa xarici qüvvələrin köməyi ilə hakimiyyətə gəlməyə çalışan müxalifətin radikal qanadının milli maraqlarımıza, dövlətçiliyimizə zidd olan fəaliyyətindən də danışıb. Vurğulayıb ki, bu gün hakimiyyətə gəlməyə can atan radikal müxalifət nümayəndələri indiki iqtidarın yeritdiyi uğurlu daxili və xarici siyasətə yalnız qara yaxmaqla məşğuldur. Azərbaycanın artıq regionda həm söz, həm də güc sahibi olması bir gerçəklikdir. Bu gün ölkəmiz Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələr verir. Həmçinin Azərbaycan BMT Təhlükəsizlik Şurasınını qeyri-daimi üzvü olduğu zaman dünyada sülhün qorunması sahəsində mühüm işlər görüb. Sözsüz ki, Qafqazın lideri sayılan Azərbaycanda əldə edilən bütün nailiyyətlər Prezident İlham Əliyevin adı ilə bağlıdır. Təəssüf olsun ki, uğurlarımızı görməməzlikdən gələn bu qüvvələr "Milli Şura" adıyla anti-milli fəaliyyət göstərirlər. Əminliklə deyə bilərik ki, belə siyasi şoularının heç bir əhəmiyyəti olmayacaq. Onların bu siyasi şoularına xalqımız artıq öyəncəlidir. Xalqa söykənməyən radikal müxalifət bütün dünyada olduğu kimi, Azərbaycanda da məğlubiyyətə məhkum olmalıdır. Bu gün Azərbaycan xalqının mütləq əksəriyyəti Prezident İlham Əliyevin yeritdiyi uğurlu daxili və xarici siyasəti birmənalı olaraq dəstəkləyir, gələcəkdə də əməli olaraq dəstəklərinə sadiq qalacaqlar. Qafqaz bölgəsində dövlət idarə etmək dünyada ən çətin vəzifələrdən biridir. Bölgəni idarə edən lider çox müdrik və uzaqgörən, güclü diplomat olmalıdır. Qürurverici haldır ki, xalqımız möhtərəm Prezidentimiz İlham Əliyevin simasında güclü liderə, uzaqgörən siyasətçi, güclü və təcrübəli liderə arxalanır. Məhz bu səbəbdən də xalqımızın iradəsini ifadə edən YAP V Qurultayında prezident İlham Əliyevin namizədliyini irəli sürüb. Ümid edirik ki, bu inam oktyabrda mandata çevriləcək".

Sonda iştirakçılar öz fikirlərini səsləndiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə