Bu gün Azərbaycan Xarici İşlər Nazirliyində nazir Elmar Məmmədyarovla Kolumbiyanın xarici işlər naziri Maria Anxela Olqin Kueyarın təktbətək görüşü keçirilib. SİA-nın məlumatına görə, siyasi məsləhətləşmələr xarakteri daşıyan görüşdə ikitərəfli əməkdaşlıq, regiondakı vəziyyət barədə müzakirələr aparılıb, kolumbiyalı nazirə Dağlıq Qarabağ nizamlaması barədə məlumat verilib.
Nazir Elmar Məmmədyarov iki ölkə arasında siyasi məsləhətləşmələrin davam edəcəyini vurğulayıb.
Kolumbiyalı nazir isə deyib ki, ölkəsi Azərbaycanla bütün sahələrdə iqtsadiyyat, energetika və s. sahələrdə əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır: "Meksika, Peru, Kolumbiya və Çili GUAM ölkələri ilə iqtisadi sahədə əməkdaşlıq etmək niyyətindədir".
Daha sonra hər iki nazirin iştirakı ilə mətbuat konfransı keçirilib.
Jurnalistlərin suallarını cavablandıran nazir Elmar Məmmədyarov Moldova Ombudsmanı Aureliya Qriqoriu ətrafında yaranmış vəziyyətə toxunub. Bildirilib ki, Azərbaycan tərəfi Moldovanın Ombudsmanı Aureliya Qriqoriu ətrafında yaranmış vəziyyəti ciddi müşahidə edir ki, ona qarşı repressiyalara yol verilməsin: "Ermənistan parlamentindəki məlum çıxışından sonra Aureliya Qriqoriunun başına gələnlər xoşagəlməz məsələdir: "Biz hazırda Moldovadakı səfirliyimiz vasitəsilə məsələni ciddi nəzarətdə saxlayırıq ki, Ombudsman Moldovaya qayıdandan sonra repressiya və ya təzyiqlərə məruz qalmasın".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB