Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, deputatlardan Rüstəm Xəlilov və Tahir Rzayev iyulun 8-dən 12-dək İstanbulda səfərdə olacaqlar. SİA-nın məlumatına görə, səfər Türkiyə bələdiyyə orqanlarının fəaliyyəti ilə tanışlıq məqsədi daşıyır.
Burada deputatlarımız İstanbul Böyük Şəhər Bələdiyyəsinin başqanı, İstanbul valisi və digər yerli özünüidarəetmə təşkilatlarının rəhbərləri ilə görüşlər keçirəcək, bələdiyyələrin iş fəaliyyəti ilə yaxından tanış olacaq, təcrübə mübadiləsi aparacaq, əhali ilə bələdiyyə orqanları arasında münasibətləri müzakirə edəcəklər. Deputatlarımız Azərbaycanda bələdiyyə qurumlarının fəaliyyəti barəsində söhbətlər də aparacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB