Xorvatiyanın Dövlətçilik Günü qeyd edildi FOTOLAR

Xorvatiyanın Dövlətçilik Günü qeyd edildi FOTOLAR

Bu gün Bakının "Four Season" Hotelində Xorvatiyanın Dövlətçilik Günü və Xorvatiyanın Avropa İttifaqına üzv olması qeyd edilib. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycanın dövlət rəsmiləri, millət vəkilləri, xarici ölkələrin Azərbaycandakı səfirləri, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Xorvatiya parlamentinin spikeri İosip Leko çıxış edərək deyib ki, bu günün Azərbaycanda qeyd olunmasının tarixi bir hadisədir: "Azərbaycan ilə Xorvatiya arasında qarşılıqlı marağa əsaslanan səmərəli əməkdaşlıq qurulub. Hər iki ölkənin tarixində oxşarlıqlar mövcuddur. Çünki hər iki ölkə torpaqları işğala məruz qalıb.

Xorvatiya Parlamentinin sədri tezliklə Azərbaycanın ərazi mübahisəsinin həll edilməsini arzu edib və ölkəsinin bu istiqamətdə göstərilən beyləxalq səyləri dəstəklədiyini diqqətə çatdırıb: "Azərbaycan ilə Xorvatiya beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq edir. Xorvatiya Azərbaycan ilə iqtisadi əməkdaşlığı daha da genişləndirmək niyyətindədir".

Azərbaycanla Xorvatiya ötən 20 il ərzində güclü dostluq əlaqələrinin qurulmasına nail olub ki, bu da mütərəqqi haldır: "Hər iki ölkə bir-birini beynəlxalq təşkilatlar çərçivəsində dəstəkləyir"

Daha sonra tədbirdə Azərbaycan Milli Məclisinin spikeri Oqtay Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin təbrik məktubunu oxuyub.

Tədbir bədii hissə ilə yekun vurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə