Dövlət başçısı İtaliyanın ölkəmizdəki səfirini qəbul edib

Dövlət başçısı İtaliyanın ölkəmizdəki səfirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-də İtaliyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mario Baldinini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. SİA-nın məlumatına görə, dövlət başçısı İtaliyanın Azərbaycandakı səfiri Mario Baldiniyə ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi işinə verdiyi töhfəyə görə təşəkkürünü bildirib və gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

Görüşdə Azərbaycan ilə İtaliya arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, ticarət və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb və bu əlaqələrin gələcəkdə daha da möhkəmləndiriləcəyinə əminlik ifadə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə