Azərbaycan və Rusiya prezidentləri arasında telefon danışığı olub

Azərbaycan və Rusiya prezidentləri arasında telefon danışığı olub

Bu gün Azərbaycan prezidenti İlham Əliyevlə Rusiya Federasiyasının prezidenti Vladimir Putin arasında telefon danışığı olub. SİA-nın məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Telefon danışığı zamanı ölkə başçıları arasında ikitərəfli əməkdaşlığın aktual məsələləri və yüksək səviyyəli gələcək əlaqələrin planı müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə