Çingiz Qənizadə: “Dövlət başçısı beynəlxalq təşkilatların qaldırdığı məsələlərə həssaslıqla yanaşıb” AÇIQLAMA

Çingiz Qənizadə: “Dövlət başçısı beynəlxalq təşkilatların qaldırdığı məsələlərə həssaslıqla yanaşıb” AÇIQLAMA

"Freedom House" beynəlxalq təşkilatının potsovet məkanında olan respublikaları üçün apardığı araşdırmaların nəticələrindən aydın olur ki, onlar Azərbaycanı Türkmənistan və Tacikistanla bir arada tuturlar. Guya, vətəndaş cəmiyyəti üçün Azərbaycanda normal şərait yoxdur, insan haqları və demokratiya burada kobud şəkildə pozulur və s.". Bunu SİA-ya millət vəkili Çingiz Qənizadə "Freedom House" beynəlxalq təşkilatının ölkəmizlə bağlı növbəti sərsəm bəyanatına münasibət bildirərkən deyib.

Ç.Qənizadənin sözlərinə görə, adı çəkilən təşkilatın Azərbaycana qarşı qərəzli bəyanatları beynəlxalq təşkilatların ölkəmizə ünvanlanmış "sevgisindən" irəli gəlir: "Təbii ki, biz bunu qətiyyətlə pisləyirik. Bu, Azərbaycandakı reallığı obyektiv olaraq əks etdirə bilməz. Hesab edirik ki, bəzi beynəlxalq təşkilatlar təmsil olunduqları, yerləşdikləri, maliyyə dəstəyi aldıqları ölkələrin siyasi maraqlarına ximdət edir. Bu, son dövrlər Avropada və digər dövlətlər tərəfindən Azərbaycana qarşı olan qısqanclığın həmin beynəlxalq təşkilatın adı ilə ortaya çıxarılmasıdır. Hesab edirəm ki, bu ədalətli ola bilməz".

Millət vəkili hesab edir ki, əgər "Human Rights Watch" təşkilatı ölkədə nəyinsə düz olmadığını bəyan etməklə bu, müraciəti Azərbaycan prezidenti İlham Əliyevə ünvanlanmış olsaydı, məsələ öz həlli tez tapardı: "Çünki dövlət başçısı beynəlxalq təşkilatların qaldırdığı məsələlərə həmişə həssaslıqla yanaşıb. Bu mənada hər iki təşkilatın prezidentin Belçikaya səfəri öncəsi açıqlama verməsi, Avropa birliyinin 754 deputatından 32 nəfərinin" təxirəsalınmaz tədbirlər planı" çərçivəsində Azərbaycana qarşı bəyanat qəbul etməsi maraqlı dövlətlərin siyasətinin tərkib hissəsidir".

Bütün xəbərlər Facebook səhifəmizdə