QDİƏT-ə üzv dövlətlərin gənc liderlərinin beynəlxalq forumu keçirilir YENİLƏNİR
Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv olan 11 dövlətin gənc liderlərinin beynəlxalq forumu keçirilir. SİA-nın verdiyi xəbərə görə, forumda Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev, millət vəkilləri Asəf Hacıyev, Musa Qasımlı, Azərbaycan Gənclər Fondunun direktoru Fərhad Hacıyev, Azərbaycan, Türkiyə, Gürcüstan, Moldova, Ukrayna, Rumıniya, Bolqarıstan, Albaniya, Yunanıstan, Rusiya və Serbiyadan gənc liderlərin, gənclər təşkilatları sədrlərinin, sözügedən ölkələrin gənclər siyasətinə məsul olan dövlət strukturlarının, həmin ölkələrin Bakıdakı səfirlikləri, eyni zamanda Azərbaycan Prezident Administrasiyasının məsul şəxsləri, yerli gənclər təşkilatlarının rəhbərləri və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndələri iştirak edəcək.
Forumun sonunda iştirakçılar tərəfindən Bakı bəyannaməsinin qəbul olunması nəzərdə tutulur. Bəyannamədə Bakı şəhərində bir araya gələn Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan 11 ölkənin gənc liderlərinin aparılan müzakirələrdən və keçirilən görüşdən sonra Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun təsis olunması və əsas fəaliyyətinin üzv dövlətlərin gəncləri arasında əməkdaşlıq və inkişafın gücləndirilməsinə sərf edilməsi nəzərdə tutulur.
Beynəlxalq forum panellərlə davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB