"Çin Azərbaycanlıların gözü ilə" kitabı təqdim olundu YENİLƏNİB-FOTOLAR
Bu gün Strateji Araşdırmalar Mərkəzinin (SAM) və Çinin Beynəlxalq Araşdırmalar Fondu ilə birgə hazırladığı "Çin Azərbaycanlıların gözü ilə" kitabının təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, kitabda Çində təhsil alan, yaşayan və çalışan şəxslərin Çin haqqında olan təəssüratları və baxışları öz əksini tapıb.
Tədbirdə SAM-ın direktoru Fərhad Məmmədov, ÇXR-in Beynəlxalq Araşdırmalar Fondunun icraçı direktoru Lyu Quchan, vitse-prezidenti Yuy Çjenci, Çin Xarici İşlər Nazirliyinin Avropa idarəsi və Mərkəzi Asiya üzrə müşaviri Çao Yünlon, ÇXR-in Beynəlxalq Araşdırmalar Fondunun Rusiya, Şərqi Avropa və Asiya mərkəzinin icraçı direktoru Van Chencay, azərbaycanlı millət vəkilləri, ziyalılar iştirak ediblər.
SAM-ın direktoru Fərhad Məmmədov bildirib ki, Azərbaycanın dövlət müstəqilliyi əldə etməsi onun daxili və xarici siyasətində keyfiyyətcə yeni, köklü dəyişikliklərə gətirib çıxarıb. Diqqətə çatdırılıb ki, qısa zaman kəsiyində beynəlxalq birliyin üzvü olan Azərbaycan dövləti ölkənin daxili həyatında iqtisadi tərəqqinin davamlı inkişafını təmin etmək üçün səmərəli, çoxplanlı və qarşılıqlı faydaya əsaslanan xarici siyasət kursu həyata keçirib: "1991-ci ildən etibarən Azərbaycan ilə Çin arasında müxtəlif sahələrdə əlaqələr qurulmağa başlayıb. İkitərəfli sazişlər və protokollar imzalandı ki, bunlar da siyasi, iqtisadi-ticarət, mədəni sahələrdə əməkdaşlığın güclənməsinə ciddi təkan verib. Bu sahədə Ulu öndər Heydər Əliyevin, daha sonra isə ölkə prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına ardıcıl rəsmi səfərləri Azərbaycanın Şərq siyasətində mühüm addım olmaqla yanaşı, onun Çin ilə əlaqələrində də yeni mərhələnin başlanğıcını qoydu".
ÇXR-in Beynəlxalq Araşdırmalar Fondunun icraçı direktoru Lyu Quchan isə deyib ki, Azərbaycan əvvəlki illərlə müqayisədə xeyli inkişaf edib: "Mən 10 il bundan əvvəl Çinin xarici işlər naziri vəzifəsində çalışdığım zaman Azərbaycanda idim. Hesab edirəm ki, bu kitab ikitərəfli əlaqələrin inkişafına təkan verəcək. Oxucu qarşısında adıçəkilən bu kitab, sanki xarici ölkənin portretini onun gözləri qarşısında canlandırır. Kitabın nəşrinə göstərdiyi dəstəyə görə, SAM-ın direktoru F.Məmmədova öz dərin minnətdarlığımı bildirirəm. Bu gün səhər Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşüm olub. Hesab edirəm ki, E.Məmmədyarov hər zaman əzmkar fəaliyyəti ilə Azərbaycana böyük töhvələr verəcək. Mən onu ən yaxın dostum hesb etdim. Çinin "Tütün" şirkəti də bu, kitabın nəşrinə böyük dəstək nümayiş etdirib. Çinlə Azərbaycan arasında dostluq əlaqələri uzaq keçmişə dayanır".
Daha sonra digər çıxış edənlər də kitabla bağlı xoş təəssüratlarını, dəyərli fikirlərini bölüşüblər.





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB