Bu gün Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) və Çinin Beynəlxalq Araşdırmalar Fondu ilə birgə hazırladığı "Çin Azərbaycanlıların gözü ilə" kitabının təqdimat mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, mərasimdə SAM-ın direktoru Fərhad Məmmədov, millət vəkilləri, ÇXR-in Beynəlxalq Araşdırmalar Fondunun icraçı direktoru Lyu Quchan, vitse-prezidenti Yuy Çjenci, Çin Xarici İşlər Nazirliyinin Avropa idarəsi və Mərkəzi Asiya üzrə müşaviri Çao Yünlon, ÇXR-in Beynəlxalq Araşdırmalar Fondunun Rusiya, Şərqi Avropa və Asiya mərkəzinin icraçı direktoru Van Chencay və digər şəxslər iştirak edib.
Tədbirdə çıxış edən SAM-ın direktoru Fərhad Məmmədov bildirib ki, kitab Azərbaycan xalqının Çinə olan səmimi dost münasibətinin bir aynasıdır.
Qeyd edək ki, kitabda Çində təhsil almış, yaşamış və çalışmış şəxslərin Çin haqqında olan təəssüratları və baxışları öz əksini tapıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB