"Milli Şura"nın məqsədi Azərbaycanı 1990-cı illərə qaytarmaqdır

"Milli Şura"nın məqsədi Azərbaycanı 1990-cı illərə qaytarmaqdır

Milli Şurada olanlar öz aralarında adi bir məsələdə razılığa gələ bilmirlər. Ortada vəzifə bölgüsü olanda müxalifət liderlərinin qarşılıqlı güzəştə gedəcəklərinə kim zamin dura bilər? Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov deyib.

A.Hüseynov bunun səbəbini də açıqlayıb: "Çünki bu günə qədər nə vahid namizəd məsələsində, nə də digər məsələlərdə müxalifət daxilində bir kompromis variant ortaya qoyub düşərgənin birliyinə nail olmaq mümkün olmayıb. İndiki halda isə onlar ölkədəki stabilliyi pozub iki illik qondarma keçid hökuməti yaratmaq istəyi ilə əslində kənar qüvvələr qarşısında götürdükləri öhdəlikləri yerinə yetirmiş olurlar. Onlar məhz qondarma "Milli Şura" adı altında guya iki il ərzində keçid hökuməti formalaşdırıb onun da başında siyasi iddiası, vəzifə iddiası olmayan bir şəxsi oturtmaq istəyirlər. Əslində isə bu yolla onlar Azərbaycanı 1990-cı illərin əvvəllərində yaranmış xaotik vəziyyətə qaytarmaq istəyirlər. Məhz onların iddia etdikləri iki illik hakimiyyətsizlik dövrü ölkəmizi yenidən bəlalara müsibətlərə sürükləmək prinsipindən irəli gəlir. Bunun isə reallığa çevrilməsi qeyri-mümkündür. Çünki Azərbaycanda möhkəm xalq-hakimiyyət birliyi formalaşıb".

Bütün xəbərlər Facebook səhifəmizdə