Asim Mollazdə: “Beynəlxalq hüquq normalarına diqqətsizlik gələcəkdə problemlər yarada bilər”

Asim Mollazdə: “Beynəlxalq hüquq normalarına diqqətsizlik gələcəkdə problemlər yarada bilər”

"Azərbaycanın işğal olunmuş ərazilərində narkotik vasitələrin yetişdirilməsi, insan alveri, silah qaçaqmalçılığı, terrorçu qrupların hazırlanması işğalçı Ermənistanın yürütdüyü siyasətin təzahürüdür". Bunu SİA-ya Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə deyib.

Millət vəkilinin sözlərinə görə, ermənilər tərəfindən Orta Şərqdə və dünyanın digər yerlərində terror əməliyyatları həyata keçirən bir sıra beynəlxalq terror təşkilatlarının üzvləri Azərbaycanın işğal olunmuş ərazilərində məskunlaşdırılıb: "Azərbaycanın işğal olunmuş əraziləri narkotika, silah alveri və beynəlxalq terrorun mərkəzinə çevrilib. Azərbaycan bu məsələləri dəfələrlə beynəlxalq təşkilatlarda, Avropa Şurasında qaldırıb və beynəlxalq təşkilatlarla bir sıra ölkələrin diqqətini bu məsələyə cəlb edib. Amma təəssüf ki, bu məsələyə lazımı diqqət yetirilmir".

Partiya sədri bildirib ki, Azərbaycanın nəzarətsiz olan və digər indiki statuslu əraziləri bütün dünyaya yönəlmiş fəaliyyət üçün bir mərkəzə çevrilib: "Azərbaycan bu məsələlərə beynəlxalq təşkilatlardan reaksiya tələb edir. Azərbaycanın işğal olunmuş əraziləri BMT-nin və digər beynəlxalq təşkilatların qətnaməsinə uyğun olaraq qeyri-şərtsiz azad edilməlidir. Bu problem Azərbaycanın deyil, regionun və bütün dünyanın problemidir. Hesab edirəm ki, beynəlxalq hüquq normalarına diqqətsizlik gələcəkdə bir sıra problemləri yarada bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə