İsa Qəmbər "Milli Şura" üçün də baş ağrısı oldu AÇIQLAMA

İsa Qəmbər "Milli Şura" üçün də baş ağrısı oldu AÇIQLAMA

Hər seçki öncəsi ölkədə özlərinə müyyən dairələrin diqtəsi ilə mövqe qazanmağa çalışan müxalifət prezident seçkilərinə qondarma birliklə qoşulmağa çalışır. SİA-nın verdiyi məlumata görə, bunu azçıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov deyib.

A.Hüseynov qeyd edib ki, bu məqsədlə yenicə təsis olunmuş qondarma "Milli Şura" fəaliyətini məhz kənar qütblərin diqtəsinə uyğun formalaşdıraraq iddialar irəli sürməyə başlayıb: "Amma həmişə olduğu kimi müxalifət özü öz başına bəla açmış oldu. Rusiya vətəndaşı olan, milli keyfiyyətlərə aidiyyatı olmayan Rüstəm İbrahimbəyovun qeyri-"milli şuras"nda artıq yaranıb formalaşmadan problemlər sezilməkdədir. Çünki müxalifət düşərgəsindən burada təmsil olunan elə şəxslər var ki onlar heç bir halda şəxsi maraqlarını güzəştə getməyəcəklər. Onlardan biri də Müsavat başqanı İsa Qəmbərdir ki, 20 ildir bir partiyaya rəhbərlik etməklə öz daxili ziddiyətlərini açıq şəkildə göstərib. İndiki halda isə müxalifətin vahid namizəd məsələsində bir-birlərinə güzəştə getməmələri prosesi əbədi problemə çevirib. "Milli Şura"nın da vahid namizədi məsələsində İsa Qəmbər sindromu keçilməz oldu. Çünki bu şəxs heş vaxt öz maraqlarını güzəştə getmək istəmir. Belə olan halda isə onun R.İbrahimbəyova rəqib olacağı qondarma şurada vahid namizəd məsələsinə həlinin mümkünsüzlüyü faktı ortaya çıxacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə