“Milli Şura”ya toplaşanların özü Arif Hacılını güclə tanıyırsa,..” İZAH

“Milli Şura”ya toplaşanların özü Arif Hacılını güclə tanıyırsa,..” İZAH

"Çox ehtimal ki, bu Müsavat Partiyasını narazı göstərir və daha çox güzəştlər əldə etmək taktikasına hesablanıb. Arif Hacılının planı, əvvəlcədən ssenariləşdirilən kənarda qalma oyunu ümumi partiya maraqlarının tərkib hissəsidir". Bunu SİA-ya açıqlamasında millət vəkili Zahid Oruc Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının " "Milli Şura"nın tərkibinin formalaşmasında ədalətsizliklər var və bu qurum ideal bir tərkibdə formalaşmır" fikrinə münasibət bildirərkən söyləyib.

Deputatın sözlərinə görə, burada bir sıra parametrlər var ki, bu da "Milli Şura"nın varlığını və gələcəyini ciddi sual altında qoyur: "Mən onun hansı iradəni ifadə etməyini xüsusi vurğulayıram ki, qoy ona cavab versinlər. Biz Sovet rejimindən təzə xilas olmuşuq. Axı niyə bunlar "Milli Şura" adını seçiblər. Digər məsələ, əgər onlar bunu Məmməd Əmin Rəsulzadə dövrünə istinad edirlərsə, bu zaman da çox yanlışlığa yol verirlər. Çünki həmin illərdə demokratik dövlətin quruculuğunu həyata keçirən şəxslər kifayət qədər vətənpərvər və böyük yazıçılıq keyfiyyətlərində ziyalı təbəqənin nümayəndələri idi. Əgər "Milli Şura"ya toplaşanların özü Arif Hacılını güclə tanıyırsa, bəs onda Azərbaycan cəmiyyəti bu insanlar haqqında nə fikirdə olmalıdır? Bununla belə, liberallarla rusofillərin, Elçibəy-Rəsulzadə platformasında dayananlarla kosmopolitlərin birliyi necə ola bilər? Axı bu, vahid baxışlar sistemi deyil və onun komandalığını, hökumət modelini bu insanlarla formalaşdırmaq qeyri-real addımlardır. Azərbaycan cəmiyyətini bunu inandırmaq mümkündürmü ki, Rüstəm İbrahimbəyov Elçibəyçidir"?

Bütün xəbərlər Facebook səhifəmizdə