Azərbaycan prezidenti ukraynalı qonaqları qəbul edib

Azərbaycan prezidenti ukraynalı qonaqları qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev iyunun 5-də Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Andrey Klyuyevi qəbul edib. SİA-nın məlumatına görə, qonaq Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə Ukraynada çap olunmuş kitabı dövlət başçısına təqdim edib, onun Azərbaycanın inkişafında və Azərbaycan-Ukrayna ikitərəfli əlaqələrinin möhkəmləndirilməsində xidmətləri ehtiramla xatırlanıb.

Görüşdə Azərbaycanla Ukrayna arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə