Musa Qasımlı: “Bu, yanlış yanaşmadır və ikili standartın mövcudluğunun göstəricisidir" AÇIQLAMA
"Bu gün demokratiyadan danışan ölkələrin bir çoxunda, o cümlədən Almaniyada da insanların hüquqları tez-tez pozulur. Dinc insanların irqi, milli əlamətə görə öldürülməsi, küçələrə çıxan insanların polis tərəfindən amansızlıqla döyülməsi açıq-aydın onu göstərir ki, bu ölkədə və digərlərində demokratik normalar çox vaxt pozulur". Bunu SİA-ya millət vəkili, professor Musa Qasımlı Almaniyada polisin insanlara qarşı zorakılığına münasibət bildirərkən deyib.
Millət vəkilinin sözlərinə görə, həmin ölkələrin hökumətləri başqa ölkələrdə bu kimi olaylara oxşar hadisə olduqda, həmin ölkələri demokratiyanın pozulmasında təqsirləndirirlər: "Bu, yanlış yanaşmadır və ikili standartın mövcudluğunun göstəricisidir".
Türkiyədə baş verən hadisələrə gəldikdə isə deyə bilərəm ki, bu məsələlər çox əhatəlidir və məhdud çərçivədə qiymətləndirilə bilməz: "Hadisə Taksimdə ağacların kəsilməsi ilə başlasa da, əslində onun pərdəarxası məqamlarına diqqət yetirdikdə aydın olur ki, burada xeyli sayda maraqlar var. Bəs həmin maraqlar hansılardır? Son 10 ildə Türkiyə xeyli inkişaf edib. Beləcə, dünyanın iyirmi güclü ölkəsinin sırasına daxil olub. Bununla belə Beynəlxalq Valyuta Fonduna (BVF) borclarını ödəyərək özü borc verən ölkəyə çevrilib. Hətta Avropada baş verən böhran Türkiyədən yan keçib. Türkiyənin 19-20-ci əsr tarixində belə bir inkişaf omayıb".
M.Qasımlı hesab edir ki, Taksimdə baş verən hadisələrin pərdə arxası məqamlarına diqqət yetirilsə, burada sol qurupların iştirak etdiyini və onların daima haradan maliyyələşdirildiyini aydın görərik: "Eyni zamanda Türkiyənin Suriya məsələsində və Yaxın Orta Şərq problemlərinin həllindən uzaqlaşdırılmasında maraqlı olan bəzi radikal qurupların da olduğunu aydın sezmək olar. Bununla belə, Türkiyədə baş verən hadisələrdə xarici izlər aydın görünür. Hesab edirəm ki, baş verən olaylarda əsas məqsəd, Türkiyəni və onun beynəlxalq münasibətlərdə oynadığı rolu zəiflətməkdən ibarətdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB