Nazirlərin görüşü baş tutub

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Amerika Yəhudi Komitəsinin İllik Qlobal Forumunda iştirakı çərçivəsində İsrailin ədliyyə naziri Tzipi Livni ilə görüşüb. XİN mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüş zamanı ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib və regional məsələlər barədə fikir mübadiləsi aparılıb.

Tərəflər iki ölkə arasında müxtəlif sahələrdə münasibətlərin inkişafından məmnunluq ifadə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə