Elşad Nəsirov: "ABŞ-ın dəstəyi olmadan Avropanın enerji təhlükəsizliyi təmin oluna bilməz"

Elşad Nəsirov: "ABŞ-ın dəstəyi olmadan Avropanın enerji təhlükəsizliyi təmin oluna bilməz"

Bakıda keçirilən "Azərbaycan-ABŞ: Gələcəyə baxış" formunda "Enerji Təhlükəsizliyi -Xəzər dənizindən Avropaya doğru; dəyişən dünyanın enerji təhlükəsizliyinin dinamikası. Cənub Enerji Dəhlizinin yeni perspektivləri" mövzunuda sessiya keçirilir. SİA-nın verdiyi xəbərə görə, toplantının moderatoru Milli Məclisin deputatı Muxtar Babayevdir.

Çıxış edən ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza Metyu Brayza bildirib ki, Azərbaycan beynəlxalq təşklatlarla əməkdaşlıq edərək təhlükəsizliyini təmin edib: "Azərbaycan Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsi ilə həm öz inkişafını, həm də bir dövlət kimi təhlükəsizliyini təmin edib. Azərbaycanın inkişafında energetika mühüm rol oynayır. Bu gün Azərbaycan öz qazını Avropaya nəql etməyə çalışır".

Çıxış edən Azərbayca Respublikası Dövlət Neft Şirkətinin Sərmayələr və Marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov bildirib ki, Azərbaycan əsgərləri hazırda ABŞ əsgərləri ilə çiyin-çiyinə vuruşur.

E.Nəsirov vurğulayıb ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin etmək üçün çalışır: "ABŞ-ın dəstəyi olmadan Avropanın enerji təhlükəsizliyi təmin oluna bilməyəcək. Avropanın 47 ölkəsindən 3 əsas qaz istehsalatçısı var. Bu ölkələrdən biri Azərbaycandır.

Avropanın enerji təhlekəsizliyini təmin etmək eçen qaz və neft neft kəmərləri çəkməliyik. NABUCCO-nun dəyəri 50 milyard dollar idi. Ancaq kəmərin çəkilməsində ABŞ lazımı dəstəyi göstərmir. İraqdakı bir günlük əməliyytalarda 1 milyard dollar xərclənir. Bir gün İraqdan ABŞ qoşunları çıxarılsa NABUCCO çəkilə bilər.Yəni bu Avropanın təhlükəsizliyinə dəyməzmi?Azərbaycan gec ya da tez Avropanın enerji təhlükəsiliyini təmin edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə