“Rusiyaya məxsus texnikanın əsas hissəsi Qəbələ RLS-dən çıxarılıb”

“Rusiyaya məxsus texnikanın əsas hissəsi Qəbələ RLS-dən çıxarılıb”

"Rusiyaya məxsus avadanlıq və texnikanın Qəbələ RLS-dən çıxarılması bir neçə həftədən sonra başa çatacaq". SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin bildirib.

Onun sözlərinə görə, texnikanın əsas hissəsi Qəbələ RLS-dən artıq çıxarılıb: "Qoşunlar da oradan çıxarılıb. Hazırda isə ikitərəfli sazişə əsasən Rusiyaya məxsus olan avadanlıq və texnikanın Qəbələ RLS-dən çıxarılması prosesi gedir. Düşünürəm ki, yaxın bir neçə həftə ərzində bu proses başa çatacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə