Millət vəkili Macarıstanın İnsan Resursları naziri ilə görüşüb FOTO

Millət vəkili Macarıstanın İnsan Resursları naziri ilə görüşüb FOTO

Milli Məclisin deputatı, "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqının sədri Fuad Muradov Macarıstanın İnsan Resursları naziri Zoltan Balogla görüşüb. SİA-ya verilən məlumata görə, bu barədə təşkilatın mətbuat xidməti xəbər yayıb. Səmimi şəraitdə keçən görüş zamanı macar nazir Azərbaycan və Macarıstan arasında münasibətlərin yüksək səviyyədə olmasından məmnun olduğunu vurğulayıb. Z.Balog qeyd edib ki, iki ölkə arasında mövcud əlaqələr əməkdaşlıq üçün yaxşı imkanlar yaradıb.

Millət vəkili Fuad Muradov rəhbərlik etdiyi təşkilat haqqında nazirə məlumat verib və tarixi "İpək yolu" üzərində yerləşən ölkələrdən olan Macarıstanın qurumdakı fəaliyyətini yüksək qiymətləndirib.

Təşkilatın unikal coğrafiyasını, bir araya gətirdiyi dəyərləri və məqsədlərini xatırladan millət vəklili vurğualyıb ki, 20-də artıq ölkə nümayəndəsinin cəmləşdiyi təşkilat ortaya qoyduğu platforma ilə əməkdaşlığa töhfəsini verir.

Qeyd edək ki, görüş zamanı iki tərəfi maraqlandıran digər məsələlər haqqında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə