Azərbaycan və Ermənistan nazirləri arasında bəyanat qəbul olunub

Azərbaycan və Ermənistan nazirləri arasında bəyanat qəbul olunub

Azərbaycan və Ermənistan XİN başçılarının Krakov görüşünün yekunlarına dair birgə bəyanat qəbul olunub. SİA-nın məlumatına görə, bəyanatda ATƏT-in Minsk Qrupunun həmsədrlərinin mayın sonunda regiona səfər edəcəyi bildirilir.

ATƏT-in Minsk Qrupu həmsədrləri nazirlərlə görüşdə tərəfləri sülh prosesinə zərbə vuracaq və gərginliyi artıra biləcək addımlardan və çağırışlardan qaçmağa dəvət ediblər. Bununla belə nazirlərlə sülh üçün münbit şərait yaradacaq etimad mühitinin formalaşdırılması üçün görülə biləcək bir sıra tədbirlər müzakirə ediblər".

Bütün xəbərlər Facebook səhifəmizdə