"İnsanın neçə üzü olmalıdır ki..." ŞOK AÇIQLAMALAR

Keçmiş ər: "Gültəkin Hacıbəylinin iftira dolu hərəkətlərinə susa bilməzdim"
"İnsanın neçə üzü olmalıdır ki..." ŞOK AÇIQLAMALAR

Bu gün sabiq millət vəkili Gültəkin Hacıbəylinin keçmiş həyat yoldaşı Mahmud Mehdiyev mətbuat konfransı keçirib. SİA-nın verdiyi xəbərə görə, Mahmud Mehdiyev mətbuat konfransı keçirməkdə məqsədinin Gültəkin Hacıyevanın son vaxtlar dövlətə qarşı, ölkə prezidenti İlham Əliyevin Azərbaycan xalqının rifahına xidmət edən siyasətinə qarşı bəzi mətbuat orqanlarında qərəzli çıxışları olduğunu bildirib. Mahmud Mehdiyev qeyd edib ki, bu günə qədər Gültəkin Hacıbəylinin millət vəkili olduğu müddətdə öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ona və ailə üzvlərinə qarşı etdiyi haqsızlıqlar şəxsi həyatla bağlı olduğu üçün susub, bu məsələlərin ictimailəşməsini istəməyib: "Lakin bu gün bir vicdanlı azərbaycanlı, Vətənini, dövlətini, Prezidentini sevən şəxs olaraq və dövlət maraqlarını şəxsi maraqların fövqündə daha uca hesab edən insan kimi Gültəkin Hacıbəyli öz dövlətinə qarşı iftira dolu hərəkətlərinə susa bilməzdim. Uzun illər bu dövlətin çörəyini yemiş sonradan əqidəsini 180 dərəcə dəyişən vətəninə dövlətinə üz çevirən şəxsin hərəkətlərinin bir adı var - nankorluq. Qoy hamı mələk simasi geymiş Hacıyevanın hansı qanunsuz hərəkətlərlə məşğul olduğu qanunsuz sərvətlər topladığı, mənim kimi yüzlərlə vətəndaşın hüquqlarının necə pozulduğunu bilsin.

İlk öncə bildirmək istəyirəm ki, Gültəkin Hacıyeva ilə toyumuza iki həftə qalmış 2003-cü ilin mayında Heydər Əliyevin göstərişə əsasən order əsasında BŞİH tərəfindən G. Hacıyevaya şəhərin mərkəzində Bakı Dövlət Sirkinin yaxınlığında Bakı şəhəri S. Vurğun küçəsi 92 a da yerləşən , 12 saylı evdə 3 otaqlı mənzil verilib. Həmin mənzilin təmirinə və mebələ mənim tərəfimdən valideynlərimin köməyilə 50.000 dollar xərc çəkildi. Gültəkin Hacıyeva bildirib ki, evi təmir edəndən sonra yüksək qiymətə icarəyə verib xərcimizi çıxarırıq. Toydan sonra biz müvəqqəti olaraq anam Məmmədova Nəhayət Vəli qızının mülkiyyətində olan Bakı şəhəri, Azadlıq prospekti 114-də yerləşən 81 saylı 2 otaqlı mənzildə yaşamışıq. Lakin təmir qurtaran ərəfədə yəni 2004- cü ilin avqust ayında faktiki boşandıqdan sonra o nəinki mənim evə çəkdiyim xərci ödədi, hətta bildirdi ki, başımıza oyun açacaq. Birgə yaşadığımız müddətdə pasport qeydiyyatında olmadığı halda o, anamın mülkiyyətində olmuş və sonradan Gültəkin Hacıyevanın təqsirindən borcların ödənilməsi üçün satılmış 2 otaqlı mənzilin alqı-satqı müqaviləsinin ləğv edilməsi və yaşayış hüququnun tanınmasına dair məhkəmədə iddia qaldırmış, statusundan sui-istifadə etməklə Nəsimi rayon məhkəməsi qanunsuz qətnamə qəbul etdirilməsinə nail olub. Appellyasiya məhkəməsinin qüvvəsində saxladığı qanunsuz qətnamə Ali Məhkəmə ləğv edərək, yeni baxışa qaytardı. Analoji məsələlər barədə Konstitusiya məhkəməsinin qərarı olduğu halda G.Hacıyevanın bir başa müdaxiləsi, təzyiqi və sifarişi ilə məhkəmə kollegiyası məcbur olub tanınmayan yaşayış hüququnun əvəzinə bizim tərəfimizdən 22.000(iyirmi min manat) kompensasiya ödənilməsi barədə qərar qəbul etdi. Qeyd olunan məbləğin anamdan zorla alınmasından ötrü, məni prokurorluq orqanlarından , qardaşımı isə vergilər orqanlarından işdən çıxarılacağı ilə hədələyərək bütün əmlaklarımız üzərinə həbs qoyularaq hərraca çıxarılmışdır. Mehdiabad qəsəbəsində yerləşən torpaq sahəsi və digər əmlaklarımız satılaraq Gültəkin Hacıyeva "reketlik" yolu ilə bizdən 22000 manat pul qopardı".

M.Mehdiyev bildirir ki, G.Hacıyevanın əməllərinə görə Azərbaycan Dövlətinin nüfuzuna xələl gəlməsin deyə mənzil mübahisəsi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etməyib: "G.Hacıyevanın bu işdə müxtəlif instansiya məhkəmələrini qanunsuzluqlar etməyə məcbur edir, onlara müxtəlif yollarla təzyiq göstərirdi. O, beyləxalq münasibətlər və parlamentlərarası əlaqələr əlaqələr komissiyanın sədrinin hökumət telefonundan şəxsi məqsədləri üçün sui-istifadə edərək məhkəmə sədrləri və hakimləri onun xeyrinə qətnamə çıxarmayacaqları halda barələrində tədbir görəcəyi ilə hədələyirdi. Gültəkin Hacıyeva məhkəmələrin işinə müdaxilə etməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 286-cı maddəsində nəzərdə tutulan Ədalət mühakiməsinin həyata keçirilməsinə mane olma cinayətini törədib".

M.Mehdiyev bildirib ki, G.Hacıyeva oğlunu alver mənbəyinə çevirib: "Qarşıma müxtəlif maddi xarakterli tələblər qoyaraq məni oğlum ilə görüşmək imkanından məhrum edib. Bu səbəbdən "Uşaqla görüş qaydasının müəyyən edilməsinə dair" iddia ərizəsi ilə Səbail rayon məhkəməsinə müraciət etdim. Buna baxmayaraq G.Hacıyeva öz əməllərindən əl çəkməyərək oğlumla görüşməyimin qarşısını almaq məqsədi ilə eyni məzmunlu ərizə ilə Səbail rayon icra hakimyyəti Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət edib. Məsələyə komissiyada da baxılarkən mənim uşaqla görüşməyimin qarşısını ala bilən heç bir əsas olmadığı müəyyən edilib. Belə olan halda G.Hacıyeva hər vasitə ilə işə məhkəmədə mahiyyəti üzrə baxılmasını ləngitmək və oğlum ilə görüşməyimin qarşısını almaqdan ötrü heç bir əsas və səbəb göstərmədən heç biri təmin olunmayan çoxsaylı vəsatət və etirazlar verib" .

Bundan başqa sabiq deputatın keçmiş həyat yoldaşı vurğulayıb ki, Milli Məclisə üzv seçildikdən sonra G.Hacıyevanın qohumlarının kommersiya "istedadları" aşıb-daşmağa başlayıb: "Əmisi İdris Hacıyevin adına "Emil" MMC müəsisəsini açıb. Lakin, əldə etdikləri maddi sərvətləri bölüşdürə bilmədiklərindən, G.Hacıyevanın təzyiqi ilə Göranboy rayon icra hakimiyyətinin məhkəmədə qaldırdığı iddia əsasında (icarə müqaviləsinin pozulmasına dair) bir daha müxtəlif məhkəmə instansiyalarına təzyiqlər edilməklə karxana İdris Hacıyevin əlindən alındı. İddia bununla əsaslandırılıb ki, guya karxananın işlədiyi ərazidə yaşayış evləri olduğu üçün mədən işləri aparmaq olmaz və təhlükəlidir. Lakin G.Hacıyevanın təzyiqi ilə məhkəmə "Emil" MMC-yə mədən işlərini qadağan etməsinə baxmayaraq, icarə müqaviləsi ilə yenidən həmin ərazi Gültəkin Hacıyevanın atası Yunis Hacıyevin adına açılmış "Gülüstan" MMC-yə verildi. Bu iş Konstitusiya Məhkəməsinə qədər gedib çıxdı".

"Goranboy rayonunda artezian su quyularının qazılması üçün ayrılmış pul vəsaitindən də "otkat" tələb edən G.Hacıyeva sui-istifadə edərək artezianın birini Xanqərvənd kəndində yaşayan Bayram adlı qohumunun həyətində qazdırıb. Həmin artezian məsələsinə görə kənd sakinləri rayonda yolu kəsməyə cəhd etmiş və G.Hacıyevanın əleyhinə Bakıda mətbuat konfransı keçiriblər. G.Hacıyeva həmin vaxt hüquq müdafiəçilərinə yalvararaq məsələnin müxalifət qəzetlərində işiqlandırılmasının qarşısını alıb"-deyə M.Mehdiyev sözlərinə əlavə edib.

M.Mehdiyev bildirib ki, Gültəkin Hacıyeva millət vəkili səlahiyyətlərində sui-istifadə etdiyi üçün həmin vaxt onun etirazlarına hüquqi qiymət verilməyib. Lakin bu məsələylə bağlı Nəsimi rayon məhkəməsinə iddia hazırlayıb.

Gültəkin Hacıyevanın qanunsuz hərəkətləri ilə əlaqədar Bəxtiyar Eyvazovun Milli Məclisin sabiq sədri Murtuz Ələsgərova ünvanladığı məktubdan SİTAT: "... Gültəkin xanım evində 50.000(əlli min) ABŞ dolları iş gördürüb, amma mən fəhlənin 1850 dollarını vermək istəmir, Xahiş ediərəm işçinizə bildirəsiniz ki, fəhlənin pulunu kəsmək olmaz, o həmin evdən xeyir görməz. Mən də bir zəhmət adımı kimi öz halalığımı verməyəcəyəm" "...o millət vəkili kimi mənim hüquqlarımı müdafiə etmək əvəzinə halal zəhmətimlə qazandığım pulu vermək istəmir".

"Ümumiyyətlə Gültəkin Hacıyevanın bir ali məqsədi vardı. Deputat statusundan istifadə edib çapıb talamaq və varlanmaq. Qanunla deputatın kommersiya fəaliyyəti ilə məşğul olması qadağan edildiyi halda Gültəkin Hacıyeva qısa müddət ərzində Dilarə Əliyeva küçəsi 251 ünvanında yeni tikilmiş binada da daha bir mənzil almış, iki mənzillə kifayətlənməyərək Milli Məclisin üzvləri üçün 20 saylı məktəbin yaxınlığında yeni tikilməkdə olan binadan mənzil "qoparmaq" üçün deputat həmkarları ilə dalaşmışdı", - Mehdiyev bildirib.

M.Mehdiyev bu günə qədər susmağının səbəblərini də açıqlayıb: "Gültəkin Hacıyeva artıq üç ildir ki, deputat deyil. Onun qanunsuz təsir imkanları artıq aradan qalxıb. Mənim bu üç il ərzində susmağımın səbəbi kimi 16 il dövlət qulluğunda çalışmağım olub. Azərbaycanlı kimi mənim üçün dövlət maraqları şəxsi maraqlardan üstündür. Baxmayaraq ki, Gültəkin Hacıyevanın qanunsuz hərəkətlərinin qurbanı təkcə mən yox , həm də digər ailə üzvlərim olub. Gültəkin Hacıyevanın təzyiqi ilə qardaşım Seymur Mehdiyev Vergilər Nazirliyinin mərkəzi aparatında məsul işdən azad olunub. Dövlət Dillər İnstitutunu fərqlənmə diplomu ilə bitirərək həmin institutda müəllimə işləyən üç uşaq anası bacım Aynur Mehdiyeva ali təhsil ocağından ədalətsizliklə xaric olunub. Gültəkin Hacıyevanın ailəmiz haqqında formalaşdırdığı pis fikirlər nəticəsində mən gələcəkdə xoşagəlməz halların baş verə biləcəyindən ehtiyalatlanaraq prokurorluq orqanlarından çıxmağa və susmağa məcbur olmuşam".

Gültəkin Hacıyevanın azğınlığı hansı həddə çatıb ki, xəyanət yolunu tutaraq xalqın nifrətini qazanmış erməni xislətli Əkrəm Naibov haqqında verilmiş suala Gültəkin Hacıyeva belə cavab verib: "Əkrəm Əylislini Azadlıq Meydanında yandırmaq lazımdır. Çünki məlum olub ki, Azərbaycanın bütün bəlalarının səbəbkarı Əkrəm Əylislidir. Qarabağ 20 ildir Əkrəm Əylisliyə görə işğal altındadır, Gülər Əhmədovanın Elşad Abdullayevdən pul alıb çatdırdığı adam Əkrəm Əylislidir. İsmayıllı camaatı Əkrəm Əylislinin "Çıraq" Hotelinə etiraz edərək üsyan etdi, icra başçısı da səhv edib dedi ki, maşınlar onundur. Bahalı maşınların hamısı Əkrəm Əylislinindir! Quba üsyanı da xalq yazıçısına görə baş verib, ümumiyyətlə, ölkədəki bütün korrupsiya, inhisarçılıq hallarının səbəbkarı Əkrəm Əylislidir. Əsgər ölümünün də səbəbkarı Əkrəm Əylisliymiş! Ona görə də Əkrəm Əylislini Azadlıq Meydanında yandırıb külünü bütün ölkənin üzərinə səpmək lazımdır ki, bununla Azərbaycan ağ günə çıxsın və bütün problemlərimiz aradan qalxsın.

Dövlət başçısı, möhtərəm Prezidentimiz İlham Əliyevin torpaqlarımızın azad olunması uğrunda qətiyyətlə çalışdığı, milli ordumuzun gün-gündən gücləndiyi bir vaxtda Gültəkin Hacıyevanın belə müsahibə verməsi siyasi əxlaqsızlıqdan başqa bir şey deyil. Bu həmin Gültəkin Hacıyevadır ki, deputat olduğu vaxt işğal olunmuş torpaqlarımızın qeyd-şərtsiz azad olunması ilə bağlı BMT-nin 4 qətnaməsinin icra olunmaması ilə bağlı Avropa Şurasının yüksək tribunlarından, bar-bar bağırır, Azərbaycanın demokratik ölkə olduğunu car çəkir, lakin deputat mandatını, daha doğrusu simasını, xalq arasında olan etimadını itirdikdən, deputata səlahiyyətərindən sui-istifadə edib qanunsuz varlanmaq imkanı əlindən çıxdıqda isə əsl maskası yırtılaraq, avtoritarizmdən, insan haqlarının pozulmasından danışır. İnsanın neçə üzü olmalıdır ki, belə hərəkətlərə yol versin.

Bütün xəbərlər Facebook səhifəmizdə