Asəf Hacıyev: "İlham Əliyevin bu ada layiq görülməsi təbii hadisədir"

Asəf Hacıyev: "İlham Əliyevin bu ada layiq görülməsi təbii hadisədir"

"20 il müddətində kiçik bir ölkənin iqtisadiyyatının yüksəlməsində əsas rol oynayan bir şəxsin "10 ilin dövlət adamı" seçilməsi çox müsbət bir hadisədir". Bunu SİA-ya açıqlamasında millət vəkili Asəf Hacıyev prezident İlham Əliyevin Türkiyənin nüfuzlu "Ekovitrin" jurnalı tərəfindən keçirilmiş rəy sorğusunun nəticəsində Orta Asiya və Cənubi Qafqazda "10 ilin dövlət adamı" seçilməsi məsələsinə münasibət bildirərkən deyib.

Millət vəkili bildirib ki, Azərbaycan inkişaf tempinə görə dünyada ən qabaqcıl ölkələrdən biridir: "Ümumilikdə isə bəzi sahələr üzrə Azərbaycan dünyanın inkişaf etmiş ölkələrini belə geridə qoyub. Prezident İlham Əliyevin bu ada layiq görülməsi çox təbii hadisədir. Azərbaycan prezidentinin apardığı xarici siyasətin digər ölkələr tərəfindən tanınması və onun uğurlu bir siyasətçi kimi dəstəklənməsi dünyada xüsusi bir yer tutmasının təsdiqidir".

Bütün xəbərlər Facebook səhifəmizdə