YAP-ın Sədr müavini: “Azərbaycanın həm regional, həm də beynəlxalq müstəvidə rolu artıb” MÜNASİBƏT

YAP-ın Sədr müavini: “Azərbaycanın həm regional, həm də beynəlxalq müstəvidə rolu artıb” MÜNASİBƏT

"Azərbaycan hazırda bir çox önəmli beynəlxalq təşkilatların toplantılarının keçirildiyi yerə çevrilib. Bu onunla əlaqədardır ki, Azərbaycanın həm regional, həm də beynəlxalq müstəvidə rolu və əhəmiyyəti artıb". SİA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-icra katibi, millət vəkili Əli Əhmədov birinci Cənubi Qafqaz forumunun ölkəmiz üçün əhəmiyyətindən danışarkən deyib.

İcra katibi deyib ki, ümumiyyətlə, beynəlxalq forumların paytaxt Bakıda keçirilməsi ölkəmizin beynəlxalq imicinin və rolunun artmasına bir işarədir: "Mən birinci Cənubi Qafqaz forumunun Azərbaycanda keçirilməsini yüksək qiymətləndirirəm. Hesab edirəm ki, Cənubi Qafqaz problemlərinin, o cümlədən Azərbaycanın üzləşdiyi problemlərin (Dağlıq Qarabağ və s.) müzakirə edilməsi və ədalətli həlli yolunun axtarılıb tapılması istiqamətində bu kimi forumların keçirilməsinin çox böyük əhəmiyyəti var. Prezident İlham Əliyevin forumda bütövlükdə Cənubi Qafqaz problemləri kontekstində, o cümlədən Dağlıq Qarabağ problemləri ilə bağlı dəyərli fikirləri hesab edirəm ki, dünya bilriyinin bu problemlərə diqqətinin artırılmasına gətirib çıxaracaq. Cənubi Qafqaz bütövlükdə dünya siyasəti kontekstində böyük əhəmiyyət kəsb etməkdədir. O cümlədən Azərbaycan həm Avropanın, həm də dünyanın enerji təhlükəsizliyinin təmin edilməsinə öz töhvəsi ilə diqqəti cəlb edir".

Bütün xəbərlər Facebook səhifəmizdə