Riçard Morninqstar: “Düşünürük ki, qısa vaxtda ATƏT-in Minsk qrupunun tərkibi mükəmmələşəcək"
"Cənubi Qafqaz Forumunu prezidentlərin və digər ölkə nümayəndələrinin görüş yeri kimi görürəm. Düşünürəm ki, bu, fikir mübadiləsinə imkan verir". SİA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar birinci Cənubi Qafqaz forumunda iştirakı zamanı deyib.
Milli Demokratiya İnstitunun Azərbaycandakı fəaliyyəti ilə bağlı məsələyə gəlincə, R.Mornqistar deyib ki, hazırda bu məsələ üzərində işləyirlər.
Tədbirin Azərbaycanda keçirilməsini yüksək qiymətləndirən səfir Dağlıq Qarabağ münaqişəsinə də toxunaraq bildirib ki, hazırda danışıqlar prosesi davam edir: "Düşünürük ki, qısa vaxtda ATƏT-in Minsk qrupunun tərkibi mükəmmələşəcək və bu istiqamətdə işlər uğurla nəticələnəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB