Fond prezidenti: “Bu forum yalnız Qafqazda deyil, digər bölgələrə də səs salacaq”

Fond prezidenti: “Bu forum yalnız Qafqazda deyil, digər bölgələrə də səs salacaq”

"Gerçəkləşdirilən sülh baxımından bu forum yalnız Qafqazda deyil, digər bölgələrə də səs salacaq bir işdir. Bu toplantıda ilk olaraq Azərbaycan prezidentini dinlədik, ondan sonra çıxış edən digər rəsmilər bizə önəmli mesajlar verdilər". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Marmara group" strateji və sosial araşdırmalar fondunun prezidenti Akkan Suver birinci Cənubi Qafqaz forumunda iştirakı zamanı deyib.

Onun sözlərinə görə, sülh və inkişaf ismarıclarından başqa, qadın məsələsi də gündəmə gətirilib: "Sonda qadınların cəmiyyətdə yüksək mövqeyi vurğulandı. Bu forumu təşkil edən bütün əmək sahiblərinə təşəkkür edirəm. İnanıram ki, bu tədbir yaxın gələcəkdə təkcə Azərbaycan üçün deyil, bütün Qafqaz ölkələri, hətta Balkan ölkələri üçün bir rəhbər olacaq. Belə tədbirlər bölgənin rifahı üçün önəmlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə