Deputat həmvətənlərimizə çağırış etdi AÇIQLAMA

Əli Məsimli: “Həmvətənlərimizdən bu müraciətin məğzini tərcümə edib, yaymalarını xahiş edirik”
Deputat həmvətənlərimizə çağırış etdi AÇIQLAMA

"Biz bu məsələyə aprelin 30-da Milli Məclisin iclasında da toxunmuşuq". SİA-nın məlumatına görə, bunu İqtisadi və Sosial İnnovasiyalar İnsitutunun rəhbəri, Azərbaycan Milli Məclisinin üzvü Əli Məsimli Avropa Parlamentinin bir neçə üzvünün Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qeyri-qanuni səfərinə münasibət bildirərkən deyib.

Ə.Məsimli xarici dilləri yaxşı bilən və xaricdə yaşayan həmvətənlərimizdən bu müraciətin məğzini Avropanın əsas dillərinə tərcümə edib, yaymalarını xahiş edib: "Azərbaycanın Dağlıq Qarabağ ərazisi dünya birliyi, beynəlxalq təşkilatlar tərəfindən birmənalı şəkildə Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınır. Bu, bütün BMT-dən, ATƏT-dən tutmuş, dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarının qərarlarında belə öz təsdiqini tapır. Ona görə də avropalı parlamentarilərin Dağlıq Qarabağa səfəri beynəlxalq hüququn norma və prinsiplərinə zidd addımdır. Biz çox təəsüf hissi ilə sizə bildiririk ki, bir neçə gün əvvəl Avropa parlamentinin bir neçə üzvü Azərbaycan Respublikasının suveren hüquqlarına hörmətsizlik nümayiş etdirərək, onun icazəsi olmadan, işğalçı ölkə (Ermənistan) üzərindən Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfər etmiş, qondarma, heç bir beynəlxalq qurum və dövlət tərəfindən tanınmamış "Dağlıq Qarabağ" da görüşlər keçirmiş, separatçılara özlərini tanıtmaları istiqamətində hər cür yardım edəcəkləri vədini vermiş, bir növ öz üzərlərinə separatçıları dəstəkləmək öhdəlikləri götürmüşlər. Baş verən bu hadisəyə Azərbaycanla Avropa İttifaqı arasında mövcud olan iqtisadi-siyasi münasibətlər, eləcə də "Şərq Tərəfdaşlığı" prizmasından yanaşdıqda, heç bir ölçüyə sığmır, hiddət doğurucu, qarşılıqlı münasibətlərə ciddi zərbə vuran hal kimi dəyərləndirilməlidir".

Deputatın sözlərinə görə, Azərbaycan Avropanın bir nömrəli probleminə çevrilən enerji təhlükəsizliyi məsələsində necə səy göstərirsə, Avropa strukturları da Azərbaycanın bir nömrəli problemi olan ərazı bütöblüyü kimi həssas bir məsələdə beynəlxalq səviyyədə qəbul olan sənədlərə hörmətlə yanaşmalıdır. Biz baş verən sonuncu hadisəni Avropa Parlamentinin sülh, demokratiya və hüququn aliliyinə hörmətsizlik nümayiş etdirmiş həmin üzvləri tərəfindən siyasi korrupsiyaya və beynəlxalq hüququn təməl prinsiplərinə etinasızlıq, qanunazidd lobbiçilik, mənşəyinin şübhəli təmannalıq prinsiplərindən qaynaqlanan qərəzli, beynəlxalq hüquq normalarına və dəyərlərə zidd, siyasi diplomatik etikaya, Azərbaycan Respublikasının süveren hüquqlarına hörmətsizlik, qarşılıqlı əməkdaşlığa ciddi zərbə vuran bir hadisə kimi dəyərləndirir, onu pisləyir və Avropa Parlamentinin prezidenti cənab Martin Şultsu və Avropa Parlamentinin üzvlərini bu məsələyəyə münasibət bildirməyi və belə hərəkətlərin qarşısının alıması üçün müvafiq tədbirlər görməyə çağırırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə