"MDB ölkələrinin Avropa Birliyi və Gömrük İttifaqı ilə əməkdaşlıq etməsi onların Moskva və Brüssellə münasibətlər arasında seçim etməsi demək deyil. Biz Azərbaycanın Gömrük İttifaqı və Avropa Birliyi ilə əməkdaşlığını görmək istəyirik. Burada heç bir ziddiyyət yoxdur". SİA-nın məlumatına görə, bu bəyanatla Avropa Birliyinin genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle çıxış edib.
Azərbaycan Diplomatik Akademiyası tələbələrinin suallarını cavablandıran Füle bildirib ki, Avropa Birliyinin Gömrük İttifaqına daxil olan ölkələrlə əməkdaşlığı müəyyən tənzimləyici çərçivələrin yaradılmasını tələb edə bilər: "Lakin bir məsələ var. Gömrük İttifaqına daxil olmaq ölkənin öz ticarət siyasətində suverenliyini itirməsi deməkdir. O zaman ölkə ticarət məsələləri ilə bağlı müstəqil şəkildə danışıqlar apara bilməyəcək".
Ştefan Füle Avropa Birliyinin bir sıra ölkələrlə, o cümlədən Azərbaycanla assosiativ saziş barədə danışıqlar apardığını xatırladıb: "Bu məsələ mənim Moskvaya son səfərim zamanı da qaldırılıb. Gömrük İttifaqına daxil olan ölkələrlə bu barədə danışıqlar aparmaq üçün müəyyən element tapmaq vacibdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB