Azərbaycan nümayəndə heyəti İran parlamentinin sədri ilə görüşüb

Azərbaycan nümayəndə heyəti İran parlamentinin sədri ilə görüşüb

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin başçılığı ilə nümayəndə heyəti İrana səfəri çərçivəsində bu ölkənin İslam Şurası Məclisinin sədri Seyid Əli Laricani ilə görüşüb.

Görüşdə Azərbaycan-İran münasibətlərinin hərtərəfli inkişafının əhəmiyyətinə dair səmərəli fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, ölkələrimizin tərəqqisi və inkişafı qarşılıqlı maraq doğuran məsələdir. Azərbaycan-İran münasibətlərinin inkişafı tarixi və mədəni tellərlə bir-birinə bağlı olan xalqlarımızı daha da doğmalaşdırır. Bildirilib ki, əlaqələrin bütün parametrlər üzrə inkişaf dinamikasının bundan sonra da səmimilik şəraitində davam etdirilməsi böyük əhəmiyyət daşıyır.

İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri də görüşdə iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə