"Əgər o belə deyirsə, nə deyə bilərəm?! Ona sadəcə həsəd aparmaq lazımdır. Ancaq təbii ki, belə deyil. Seçki ərəfəsində hər bir marafona qoşulan şəxsin optimist olmasını dəyərləndirirəm. Lakin bu optimistliyə əsas verən səbəblər də ortada olmalıdır". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin vitse-spikeri Bahar Muradova Müsavat başqanı İsa Qəmbərin müxalifyönlü mətbuata müsahibəsində dediyi "bütün Qərb ölkələri, hətta hakimiyyətdə olan bəzi məmurlar bizə dəstəkdir" sözlərinə münasibət bildirərkən deyib.
"Seçki prosesi özlüyündə kiminsə qarşıya qoyduğu hədəfləri və onun söylədiklərinin nə dərəcədə həqiqətə uyğun olduğunu göstərir. İnanıram ki, bu deyilən sözlər bir neçə aydan sonra sadəcə piar kampaniyasının tərkib hissəsi kimi üzə çıxacaq",- deyə Bahar Muradova fikirlərinə əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB