Sumqayıt televiziyası ilə Qazaxıstanın Aktau televiziyası arasında saziş bağlanıb
Bu gün Qazaxıstanın Aktau televiziyasının direktoru Janaxmed Aqıbayev Sumqayıtın Dünya Müstəqil Teleradio Şirkətində (DMTRŞ) olub. SİA-nın məlumatına görə, televiziyanın prezidenti Ramiz Hüseynov qonaqları salamlayaraq, onları televiziyanın fəaliyyəti ilə yaxından tanış edib. Şirkət prezidenti diqqətə çatdırıb ki, Dünya TV efirdə 16 saat yayımlanır və 10 aprel 2013-cu il tarixindən etibarən rəqəmsal yayıma keçib. Daha sonra qonaqlar, televiziyanın studiyası və texniki avadanlıqları ilə yaxından tanış olublar.
Aktau televiziyasının direktoru Janaxmed Aqıbayev da öz növbəsində televiziyanın inkişaf səviyəsindən razı qaldığını bildirib və deyib ki, bu gün ki gəlişimizin əsas məqsədi Dünya TV ilə ikitərəfli əməkdaşlıq və birgə fəaliyyətin yaradılmasıdır.
Sonda Qazaxıstanın Aktau televiziyasının rəhbəri Janaxmed Aqıbayev və Dünya televiziyasının prezidenti Ramiz Hüseynov arasında ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinə dair saziş imzalanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə