Əli Həsənov: “Azərbaycan prezidentinin səlahiyyət müddətinin artırılmasına dair təşəbbüs yoxdur”
"Azərbaycanda prezidentin səlahiyyət müddətinin 7 ilə qədər artırılacağı ilə bağlı bəzi media orqanlarında dərc olunan məlumat tamamilə yanlışdır". SİA-nın verdiyi xəbərə görə, bunu Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov jurnalistlərin sualına cavab olaraq deyib.
Adminstrasiya rəsmisi Azərbaycanın siyasi sisteminin - prezident, parlament və məhkəmə hakimiyyətinin səlahiyyətlərinin, bölgü prinsiplərinin Azərbaycan Konstitusiyasında əks olunduğunu xatırladaraq belə təşəbbüslərin olmadığını vurğulayıb: "Belə təşəbbüsə ehtiyac da yoxdur. Gələcəkdə Azərbaycan vətəndaşları bu və ya digər məsələləri qaldıracaqsa, bunu referendum yolu ilə həll etmək olar. Hazırda isə belə bir təşəbbüs yoxdur, bu dezinformasiyadır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB