Cümşüd Nuriyev: “Görün İran nə günə qalıb ki,…” AÇIQLAMA

Cümşüd Nuriyev: “Görün İran nə günə qalıb ki,…” AÇIQLAMA

"Türkmənçay" müqaviləsinin ləğvi ilə bağlı məsələnin gündəmə gəlməsi hər şeydən öncə İran parlamentinin molla deputatlarının savadsızlığından irəli gəlir". Bunu SİA-ya politoloq Cümşüd Nuriyev İranda 200 ilə yaxın tarixi olan "Türkmənçay" müqaviləsinin ləğvi ilə bağlı məsələnin gündəmə gətirilməsinə münasibət bildirərkən deyib.

Politoloqun sözlərinə görə, birincisi "Türkmənçay" müqaviləsinin bəzi maddələri 1939-cu ildə tamamilə ləğv olunub. İkincisi isə bu müqavilədə konkret olaraq göstərilir ki, ancaq Naxçıvan və İrəvan xanlıqları Rusiya imperatorluğunun nəzarətinə verilir: "İran molla deputatları bu məsələni gündəmə gətirməklə bir şeyi dərk etmirlər ki, Naxçıvan artıq iyirminci Qars müqaviləsi ilə beynəlxalq hüququn subyektinə çevrilib. Məhz buna görə də sözügedən müqavilə ləğv olundu-olunmadı bunun artıq heç bir əhəmiyyəti yoxdur. İrəvan bunların qucaq açdıqları Ermənistanın paytaxtıdır. Beləcə bunlar işğalçı ölkəyə qarşı ərazi iddiası qaldırmış olurlar. Bu insanlar o qədər kordurlar ki, ağı-qaradan seçə bilmirlər. Amma təbii ki, bunların arxasında başqa amillər də dayanır. Məlum olduğu kimi, Azərbaycanda növbəti dəfə prezident seçkiləri keçiriləcək. Hesab edirəm ki, bu amil də burada xüsusi rol oynayır".

C.Nuriyev hesab edir ki, burada həm də İran Rusiyanın və Ermənistanın əlaltısı statusunda çıxış edir: "Əsas məqsəd ondan ibarətdir ki, Azərbaycanda, xüsusilə Cənub bölgəsi və Bakının ətraf kəndlərində İslam güclü olduğuna görə, qarşıdurma yaradılsın və Azərbaycanda seçkiqabağı siyasi sabitlik pozulsun. Təbii ki, bu heç bir halda alınası bir şey deyil. Bununla belə İran dövlətinin ən böyük facəsi odur ki, adı çəkilən dövlət döyüşə savadsız mollaları göndərir. Bu dövlət bir şeyi dərk etmir ki, Azərbaycan intelektual potensialı olan dövlətdir və bu xalqın kifayət qədər ağıllı, uzaqgörən siyasətçiləri, diplomatları vardır. Həmçinin İran öz daxilində baş verən Milli Azadlıq hərəkatını boğmağa çalışır. Çünki İranı dəfələrlə silkələyən və 1300 illik idarə edən azəri türkləridir. Amma bunlar farsın calaq etdiyi türklərdəndir. Yəni onların beyni artıq manqurtlaşıb, farslaşdırılıb. Fikir verin, görün İran nə günə qalıb ki, artıq iki farsbaşlı, calaq deputatla Azərbaycanın üzərinə gəlir".

Bütün xəbərlər Facebook səhifəmizdə