Nazirlər görüşüb

Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən Dünya İqtisadi Forumunda iştirak edən Monqolustanın xarici işlər naziri Luvsanvandan Boldu qəbul edib. XİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, E. Məmmədyarov iki ölkə arasında mövcud münasibətlərin səviyyəsindən məmnunluğunu bildirib. O, ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün qarşılıqlı səfərlərin həyata keçirilməsinin və müqavilə-hüquq bazasının möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Azərbaycana ilk dəfə səfər etdiyini söyləyən Monqolustanın xarici işlər naziri Luvsanvandan Bold Dünya İqtisadi Forumunun Bakıda yüksək səviyyədə təşkil olunduğunu söyləyib və Azərbaycanda müşahidə etdiyi iqtisadi inkişaf tempindən təsirləndiyini nəzərə çatdırıb. Qonaq Azərbaycanın inkişaf modelinin region üçün nümunə olduğunu vurğulayaraq ölkəsinin Azərbaycanla qarşılıqlı münasibətləri inkişaf etdirməkdə maraqlı olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə