Milli Ordunun zabiti şəhid oldu

Azərbaycanın Milli Ordusunun zabiti şəhid olub. Müdafə Nazirliyindən SİA-ya verilən məlumata görə, aprelin 8-i saat 20:03 radələrində qoşunların təmas xəttinin Ağdam rayonunun Kəngərli kəndi istiqamətində, N saylı hərbi hissənin leytenantı 1988-ci il təvəllüdlü Məmmədov Şəhriyar Bayramqulu oğlu atəşkəsin pozulması nəticəsində şəhid olub.

Bütün xəbərlər Facebook səhifəmizdə