Rasim Musabəyov: “Ermənilər bu məsələdən boyun qaçırmağa çalışırlar” AÇIQLAMA
"ATƏT-in Minsk qrupunun həmsədrləri tərəflər arasında dialoqun bərpa olunması üçün gündəlik müəyyənləşdirə bilmirlər. Azərbaycan tərəfinin mövqeyi açıq-aydın ortadadır. Bu ondan ibarətdir ki, daha çox məsələnin üstünə getmək lazımdır və o prinsipləri çeynəməyə belə dəyməz". Bunu SİA-ya millət vəkili, politoloq Rasim Musabəyov ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətinə münasibət bildirərkən deyib.
Politoloq bildirib ki, həmsədrlər zəhmət çəkib sülh müqaviləsini hazırlasınlar, biz də bunun ətrafında danışıqlar aparaq: "Ermənilər isə demək olar ki bu məsələdən boyun qaçırmağa çalışırlar. Faktiki olaraq Ermənistan tərəfinin bütün istəkləri ona hesablanıb ki, status-kvonu (mövcud vəziyyəti) qoruyub saxlasınlar. Bu insanlar öz xoşları ilə Azərbaycan torpaqlarından çıxmaq istəmirlər. Belə olan halda isə bəs, nədən danışaq? İndi işğalçı ölkə deyir ki, Azərbaycandan hər hansı bir güzəşt olmadığı təqdirdə danışıqlara gedilə bilməz. Təbii ki, Azərbaycan buna razılığını verməyib, verməyəcək də. Buna görə də, ümidlər heç nəyə əsaslanmayan ermənilərin iddialarına cilalanıb. Belə olan halda həmsədrlərin əlindən heç bir şey gəlmir. Çünki onlar orta səviyyəli məmurlardır. Həmsədrlərin nə prezidentlərə, nə də xarici işlərə nazirlərinə təzyiq etmək imkanları yoxdur. Bu isə o deməkdir ki, prosesə töhvə vermək üçün gərək ölkə başçıları yenidən məsələyə qarışsınlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB