Rəşxan Qaraşlı: “Əli Kərimlinin təfəkkürü hələ də 1990-cı illərdəki kimidir”

Rəşxan Qaraşlı: “Əli Kərimlinin təfəkkürü hələ də 1990-cı illərdəki kimidir”

"Bütün bunların hər biri Azərbaycan dövlətçiliyinin sarsılmasına, zəifləməsinə hesablanmış addımlardır. Bu insanlar ölkə daxildə istər dini zəmində istərsə də qruplaşma xarakterində çaxnaşma yaratmağa çalışırlar". Bunu SİA-ya Azərbaycan-Türkiyə Gənclərinin Dostluq Cəmiyyətinin sədri Rəşxan Qaraşlı AXCP sədri Əli Kərimlinin sosial şəbəkələr vasitəsilə gənclərə müraciət etməsinə münasibət bildirərkən deyib.

R.Qaraşlının sözlərinə görə, bunlar üçün ən önəmlisi ölkə daxilində rəiyyətin qarışmasıdır: "Hətta belə bir məsəl də vardır ki, "tutsa qatıq tutmasa ayran"dır. AXCP sədri Əli Kərimlinin gənclərə müraciət etməsi əslində onlardan umud gözləməsinə, onun bacarmadığını bəlkə gənclər bacarar deyə atdığı addımlardır. Bu insanın təxəyyülü hələ də 1990-cı illərdən qalan təcrübəyə yönəlib. O, hesab edir ki, bəlkə mitinqlər yolu ilə nəyəsə nail olmaq olar. Amma onlar dərk etmirlər ki, artıq minitqlərlə nəyəsə nail olmaq olmaz. Bu və ya digər arzunu tam demokratik şəraitdə, sivil yollarla həyata keçirmək lazımdır".

ATGDC sədri "NİDA" hərəkatı üzvlərinin xoşagəlməyən hərəkətlərinə də toxunub: "NİDA"çıların hərəkətinə gəldikdə isə deyə bilərəm ki, insanlar fərqli yanaşma ilə kreativ olmağa çalışırlar. Burada Azərbaycanın nə milli mentaliteti, nə adət-ənənələri və s. nərəzə alınmır. Bu da sonda ictimaiyyət tərəfindən həmin insanlara qarşı nifrətin oyanmasına gətirib çıxarır. Hər bir insan nəyəsə qarşı etiraz edə bilər, bu normal bir şeydir. Çünki biz demokratik cəmiyyətdə yaşayırıq. Amma bu nəyləsə razılaşmamağın göstərəcəyi yollar sonralar böyük intiriqalara yol aça bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə