Asim Mollazadə Avropa İttifaqının nümayəndəsi ilə görüşüb

Asim Mollazadə Avropa İttifaqının nümayəndəsi ilə görüşüb

Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə Avropa Birliyinin (AB) Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə nümayəndəliyinin siyasi məsləhətçisi Luiz Mikkelsonla görüşüb. Partiyadan SİA-ya verilən məlumata görə, görüşdə Ermənistan-Azərbaycan münaqişəsi və Cənubi Qafqazdakı digər münaqişələrin həlli, Azərbaycandakı ictimai-siyasi vəziyyət, Azərbaycanın AB ilə münasibətləri, "Şərq Tərəfdaşlığı" layihəsi çərçivəsində əlaqələri, ölkəmizin Avroatlantik strukturlara inteqrasiyası müzakirə olunub. A.Mollazadə Ermənistan-Azərbaycan münaqişəsinin həllinə Avropa İttifaqının dəstəyinin zəruriliyini ifadə edib.

Görüşdə həmçinin Azərbaycanda demokratik institutların inkişafı, islahatların həyata keçirilməsinə AB-nin verə biləcəyi töhfələr barədə fikir mübadiləsi də aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə