"Hər bir qeyri-hökumət təşkilatı fəaliyyətində şəffaf olmalıdır. QHT-lərin vətəndaş cəmiyyətinin vacib institutu olduğunu nəzərə alsaq, bu qurumlar öz fəaliyyətində qanunun aliliyini rəhbər tutmalıdırlar". SİA-nın məlumatına görə, bu fikriləri Milli QHT Forumunun prezidenti Rauf Zeyni deyib.
R.Zeyni bildirib ki, son vaxtlar ABŞ-ın Milli Demokratiya İnstitutunun ölkəmizdəki nümayəndəliyinin fəaliyyəti ilə bağlı yayılan məlumatlar narahatlıq doğurur. Onun sözlərinə görə, Azərbaycan Baş prokurorunun məsələ ilə əlaqədar olaraq ABŞ səfirinə müraciət etməsi qanunların aliliyi prinsipinin qorunub saxlanmasının vacibliyindən irəli gəlir.
"İstər MDİ, istərsə də, başqa bir qurum, ilk növbədə, şəffaf fəaliyyət göstərməlidir, Azərbaycan dövlətindən, qurumlarından şəffaflıq tələb edən təşkilatların özləri cəmiyyətə açıq olmalı və qaranlıq fəaliyyəti olmamalıdır. Əgər MDİ-nin fəaliyyətində qərəzli, Azərbaycan qanunlarına zidd olan hər hansı məsələ varsa, təbii ki, hər bir kəs qanunlar qarşısında bərabər olmalıdır. Azərbaycanda fəaliyyət göstərən bütün beynəlxalq təşkilatlar, şirkətlər fəaliyyətləri ilə bağlı vaxtaşırı cəmiyyətə, müvafiq orqanlara açıqlama verməlidirlər"- deyə, R.Zeyni qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB